Sloveniya Ukraynaya 28 tank VERƏCƏKbackend

Sloveniya Ukraynaya 28 tank VERƏCƏK

Sloveniya Ukraynaya 28 “T55S” tankı göndərəcək. Bunun müqabilində Almaniyadan 35 yük maşını və beş tanker alacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Sloveniya televiziyası məlumat yayıb.

“Belə bir mübadilə Sloveniya və Almaniya arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək”, – Baş nazir Robert Qolobun ofisindən bildirilib.

Məlumata görə, bunlar 1990-cı illərin əvvəllərində Yuqoslaviyanın dağılmasından sonra Sloveniya ərazisində qalan tanklardır.

Qeyd edək ki, 2001-ci ilə qədər bu tanklardan 30-u israilli mütəxəssislərin iştirakı ilə 52 milyon avroya modernləşdirilib. 2018-ci ildən etibarən Sloveniya Müdafiə Nazirliyi həmin takları satışa çıxarıb. Ancaq döyüş sursatı olan yalnız bir tank 820 min avroya satılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*