Sobçakın holdinqinin direktoru həbs edildibackend

Sobçakın holdinqinin direktoru həbs edildi

Moskva Məhkəməsi Kseniya Sobçakın “Diqqət, media” şirkətinin kommersiya direktoru Kirill Suxanovu xüsusilə böyük məbləğdə hədə-qorxu ilə tələb etmə ittihamı ilə yeddi il yarım müddətinə və cəzasını ciddi rejimli koloniyada çəkmək şərtilə həbs edib.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, digər iki təqsirləndirilən şəxs – “Tatler” jurnalının rus versiyasının keçmiş baş redaktoru Arian Romanovski və keçmiş “Life” jurnalisti Tamerlan Biqayev də cəzalarını ciddi rejimli koloniyada çəkmək şərtilə 7 il cəza alıb.

Qeyd edək ki, prokuror onlara 7 il yarım, Suxanova isə 8 il həbs cəzası istəyib.

İş “Rostec” dövlət korporasiyasının rəhbəri Sergey Çemezovun müraciəti əsasında başlanıb.

Müstəntiqlərin fikrincə, Suxanov Çemezovdan “Lights Out” teleqram kanalında onun haqqında mənfi materialları sildiyi üçün 11 milyon rubl tələb edib. Biqayev bu kanalın administratoru idi və Romanovski bunun üçün materiallar hazırlamışdı.

Hökmü həmkarlarına şərh edən Sobçak teleqram kanalında yazıb: “Sözüm yoxdur. Bu, sadəcə olaraq ədalətsizlik deyil”. Bu, daha artığıdır. Mən hər şeyi, bütün razılaşmaları yerinə yetirdim ki, yüngülləşdirmə olsun. Niyə insanlara əzab yaşadırsınız? Nəyə görə 7,5 il? Sadəcə qisas almaq üçünmü?”

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*