SOCAR Qarabağda yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verdibackend

SOCAR Qarabağda yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verdi

İşğaldan azad edilən dogma Qarabağımızda –  Ağdam torpağında SOCAR brendli modul tipli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Bu barədə KONKRET.az-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, bu, SOCAR-ın sayca 40-cı YDM-dir: “YDM-in istifadəyə verilməsi bu gün Qarabağda quruculuq işləri həyata keçirilən bir vaxtda nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi üçün olduqca əhəmiyyətlidir. Modul tipli məntəqədə “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək” – İbrahim Əhmədov vurğulayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*