“Soçidə gözlənilən üçtərəfli görüş fonunda Paşinyanın bugünkü mətbuat konfransı intriqadır” – Korotçenkobackend

"Soçidə gözlənilən üçtərəfli görüş fonunda Paşinyanın bugünkü mətbuat konfransı intriqadır" - Korotçenko

“Soçidə gözlənilən üçtərəfli görüş fonunda Paşinyanın bugünkü mətbuat konfransı ifrat dərəcədə intriqalı görünür”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz Teleqram kanalında paylaşıb.

“Yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Soçidə gözlənilən üçtərəfli görüş fonunda Nikol Paşinyanın bu gün Feysbukda baş tutacaq mətbuat konfransı son dərəcə intriqalı görünür!, – Korotçenko yazıb.

Daha sonra politoloq bildirib ki, Kremlin İrəvanı götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməsi fonunda Paşinyan delimitasiya-demarkasiyanın qaçılmaz olduğunu erməni ictimaiyyətinə izah etməyə çalşacaq və bu da Baş nazirə qarşı müxalifətin növbəti hücumlarının artmasına səbəb ola bilər.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*