ŞOK: Ermənistanın müdafiə naziri David Tonoyana məxsus şirkət Türkiyəyə silah satıbbackend

ŞOK: Ermənistanın müdafiə naziri David Tonoyana məxsus şirkət Türkiyəyə silah satıb

David Tonoyanın Türkiyəyə silah satması ilə bağlı xəbər Ermənistanda şimşək kimi çaxdı və bəlkə də Spitakda baş verən zəlzələ erməniləri bu qədər silkələməmişdi. Xəbərdə deyilir ki, Maldiv adalarında qeydiyyatdan keçmiş “Mosston Engineering” adlı şirkət bir neçə ildir Qazaxıstanla Türkiyə arasında silah ticarəti həyata keçirirmiş.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyi məlumat yayıb. Məlumatdakı ən təəccüblü məqamsa odur ki, silah ticarətini həyata keçirənlər şirkətin təsisçiləri – Ermənistan müdafiə naziri David Tonoyan və onun müavini Makar Qambaryandır. Ən dəhşətlisi isə odur ki, şirkət tədarükçü tərəfə avans ödəmək üçün Ermənistan Müdafiə Nazirliyindən 3,5 milyon ABŞ dolları həcmində borc götürüb. Doğrudur, borc bir müddət sonra nazirliyin hesabına ödənilib. Amma bu xəbər kimlər tərəfindənsə bəzi teleqram kanallarına sızdırılıb. Bundan əlavə, teleqram kanalının müəllifləri Türkiyə Cümhuriyyəti tərəfindən  “Mosston Engineering”ə verildiyi iddia edilən istifadəçi sertifikatının ekran görüntüsünü də yayımlayıblar. Buna əsasən “Sputnik Armenia” agentliyi Qazaxıstandan açıqlamalar almaq qərarına gəlib. Bu məqsədlə  Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinə, habelə müdafiə əməliyyatlarında bilavasitə iştirak edən “Kaztexnologi” ASC-yə sorğu göndərib.

Nazir müavini Talqat Jaljumenovun göndərdiyi cavab məktubunda “Kaztenologi” ASC-nin Türkiyə Respublikasına silah və sursat tədarük edilmədiyi qeyd olunur. “Xarici “Mosston Engineering”  şirkəti tərəfindən Türkiyə Respublikasına silah və sursat ixracı ilə bağlı sorğunuzu nəzərdən keçirərək “Kaztexnologi” şirkətinin Türkiyə Respublikasına silah və sursat tədarük etmədiyini bildiririk”.  Nazir müavini, eyni zamanda, Türkiyə Cümhuriyyətinin Mosston-a verdiyi sertifikatın Qazaxıstan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Qazaxıstanda hərbi əmlak alqı-satqısına icazə üçün əsas olmadığını vurğulayıb.

“Sputnik Armenia” eyni sorğunu Qazaxıstan “Kaztexnologi” ASC-yə də göndərib. Şirkətdən agentliyin sorğusuna verilən cavabda isə deyilir: “Mosston Engineering”  şirkəti ilə “Kaztexnologi” ASC arasında silah-sursat satışına dair 2 aprel 2015 ildə müqavilə imzalanıb və müddəti 1 mart 2019-cu ildə başa çatıb”.

Bütün bunlardan aydın olur ki, Ermənistan Respublikasının müdafiə naziri David Tonoyan əsl silah tüccarıdır. Və o, Ermənistan ordusunun quruculuğu ilə deyil, nazirliyin vəsaiti hesabına beynəlxalq aləmdə silah alveri ilə məşğuldur.

Surxay Atakişiyev,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*