Xəbər verdiyimiz kimi, dünən martın 18-də Moskvada Lujniki stadionunda Krımın Rusiyaya birləşdirilməsinin ildönümü münasibətilə konsert təşkil olunub.
KONKRET.az xəbər verir ki, həmin konsertə Rusiya Prezidenti və digər tanınmış şəxslər də gəliblər. Lakin konsert təxribat xarakterli hadisələrlə yadda qalıb.
Başqa bir nüans da ortaya çıxıb. Məlum olub ki, konsertin keçən ilki görüntüləri ilə bu ilkinin arasında dəyişiklik yoxdur. İştirakçılar da eynidir.
Ona görə, ictimaiyyəti, eləcə də rusların özünü maraqlandıran suallar yaranıb: Video bunkerdə qeydə alınıb? Putinin Lujnikidəki çıxışı montajdır?
Fotodakı qızlar 2021 və 2022-ci illərdəki konsertdə də videodadırlar.
Ən qəribəsi odur ki, onlar bir az da olsa dəyişməyiblər! Eyni makiyaj, manikür, eyni geyim və hər şey eyni.
Əslində, bu, həm 2021, həm də 2022-də istifadə edilən eyni videodur.
Həmin fotoları təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
