Kəşfiyyatçı Siyavuş Novruzovun kod adı – Siya fon Novruzenberq – Həftənin icmalıbackend

Kəşfiyyatçı Siyavuş Novruzovun kod adı - Siya fon Novruzenberq - Həftənin icmalı

Çatdı başa, dəydi daşa həf´təmiz!

PRİNS İPİN ALİLİYİ

TƏBİB getdi, qoydu həb,

Şeriyyata gəldi təb.

“Yıxılana balta vur”

Pirinsipi düşdü dəb.

RAMIZ YALAN, SİVUŞ SATAN

Bir qız uydu çəkilişə,

Saldı cəmaəti işə.

Hamı düşdü dilə-dişə,

Kimsə keçdi iti şişə…

 

“Kəşfiyyat”»ın Siyavuşu

Bilməzdi sambo və uşu.

Uçub getdi dövlət quşu,

Oldu Ramizin bayquşu…

 

Ramiz qonağı aldatdı,

İcazə söhbətin atdı.

Onu da Siyavuş satdı,

Unitazdakına qatdı…

 

KİMƏ İNANASAN?!

O gün Roma məni də aldatdı. Dedi, bu bazar yalnız şer qoşmaq lazımdır. İndi xəbər gəldi ki, lətifə də yazmaq olar. Nə yaxşı, lətifə əvvəldən hazırdır. Mənim deyil. Ramizin həmmüəllifi olduğu kitablar kimi. Köhnədir.

“Saqqallı”.

“Orduda xidmətə gedən gəncə atası təkrar-təkrar tapşırır:

– Bax ha, orada nə edirsənsə et, amma evə gələndə özünlə rus gətirmə.

Üç il keçdi. Əsgər evin astanasında göründü. Bir sarışın qızın əlindən tutmuşdu. Ata hiddətləndi:

– Demişdim axı, rus gətirməyəsən!

– Vallah, dədə, rus deyil, belarusdur”.

Ukrayna soyadı daşıyan Lukaşenko özünü nə qədər belarus kimi təqdim edirdisə də, axırda… rus çıxdı.

HALSIZLAR DA HALLANIRLAR

“Kefkomlar” toy ansamblının ulduzlarından Əli Həsənovun halı qabaqdan xarablaşdığından, o, maqnat arvadı ilə toyda iştirak etmədi.

Qalanlar məclisdə nə yedilər, nə içdilərsə, halları toydan sonra korlandı. Həm maya batdı, həm cərimə edildilər. Üstəlik biabır oldular. Amma iş bununla bitməyəcək.

ANONS! Yaxın buraxılışda Mehdiyevin qonaqlar üçün toydan 7 gün sonra təşkil etdiyi “Həftə hamamı”ndan foto və video reportajları izləyin.

Həmişə təmizlikdə, xanımlar və bəylər! Daha murdarlanmayın!

Toydan sonra toy gərək!

Ramizə nə var?! Onun erməni arvadı (babalı Ağamalının boynuna!), gizli tellərlə möhkəm bağlandığı Moskvası, heç olmasa bir neçə milyardı var.

Zavallı Siyavuş nə etsin?! Külfətini götürüb, yadlaşmış doğma Cəhrisinə qayıtsın…

Bəs ombudsman xanımı orada nə edəcək? Bədbəxt millətin layiqli vəkilinə vəkillik! Və, əlbəttə, kənd qırağında döyüşdürülən qoyun itlərinin, Novruz xoruzlarının tikə-tikə parçalanmış hüquqlarını müdafiə edəcək.

ƏSRİMİZİN ZORGESİ

Böyük siyasətin cumbulu demokratiyadan olan yetim qalmış balası Siyavuş Novruzov kimi zor gedən şəxs gözlənilmədən iylənmiş köhnə faktını aşağıdan çıxarıb göstərdi ki, Əfqanıstanda kəşfiyyatda “naçalnik razveTka”nın sədri olub.

Sən ağıllı adamın sözünə gülməyə həmişə farağatsan, mən isə Siyavuşa möhkəm inanıram. Ağıllılığına da. Onun çıxdığı yerdən heç vaxt yalan çıxmayıb! Əsl adını da bilirəm: Siya fon Novruzenberq. Bu da dəqiqdir ki, Milli Məclisin digər “sekretnı” bioqrafiyalı deputatı Zaha Orucinlə eyni hərbi hissədə qulluq edib. Kimə edib, nə edib, necə edib, nə qədər – yalan deyə bilmərəm. Amma Siya razveTkanın sədri, Zaha isə… O da sədri idi. İki sədr var idi. Həmsədrlər. Yəni həm sədr, həm katibə. Növbəli… İkisi də generalissimus rütbəsində.

Bilmədiyim ikicə odur ki, Siya əfqan ordusunda idi, yoxsa Hindistan? “Mosad”ın agenti idi, ya Mİ–6-nın? Nömrəsi də, deyəsən, 006-dır.

SƏNƏ NƏ QALDI…

Kim bilirdi ki, Ramiz

Arxadan alacaq biz.

Yenə dövlətli odur,

Qeybət qıran isə – biz.

 

A.ƏZİZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*