SON DƏQİQƏ! Bu şəxslərə uşaqpulu veriləcəkbackend

SON DƏQİQƏ! Bu şəxslərə uşaqpulu veriləcək

Ölkədə müzakirə olunan əsas məsələlərdən biri də uşaqpulunun verilməsidir. Bu mövzu ictimaiyyətdə tez-tez gündəmə gəlir.

KONKRET.az xəbər verir ki, mövzu ilə sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, ölkədə bəzi şəxslər uşaqpulu alır.

O deyib ki, bu gün Azərbaycanda dövlət yalnız həssas qruplara aid olan uşaqlara pul ödəyir:

“Bu qrupa aşağıdakı kateqoriyaqlara aid uşaqlar daxildir:

– 18 yaşadək əlilliyi olan şəxslər (50 min uşaq),

– ailə başçısını itirmiş uşaqlar (166 min uşaq),

– aztəminatlı ailələrdəki uşaqlar (160 min uşaq),

– 3 yaşadək uşaqlara qullu edən işləyən valideynlər (35 min uşaq üçün)

– uşağın anadan olmasına görə birdəfəlik müavinət verilənlər (120 min uşaq üçün),

– şəhid ailələrinin, müharibə əlillərinin, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları (30 min uşaq),

– 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları (50 min şəxs) daxildir”.

2024-cü ilin dövlət büdcəsindən ölkədə həmin qrupdan olan 10 kateqoriya üzrə 611 min uşağa 650 milyon manat uşaqpulu veriləcək”.

Sabiq nazir ölkədəki bütün uşaqlara uşaqpulunun ödənilməməsinə aydınlıq gətirib:

“Cəmiyyətdə son illər ən çox verilən bu sualın cavabını hər kəs öz bildiyi, başa düşdüyü şəkildə izah etməyə çalışır. Kimlərsə dövləti buna görə ciddi ittiham edir və digər ölkələrin “uşaqpulu” nümunələrinə diqqət çəkərək, “Niyə bizdə uşaqpulu verilmir?” – deyə tənqidlər səsləndirilir. Fikrimcə, bu sualın Azərbaycan cəmiyyəti üçün bir cavabı var. Uşaqpulu məsələsi gündəmə gələndə dövlət ilk olaraq ölkədə demoqrafik vəziyyəti dəyərləndirir.

Əslində demək olar ki, uşaqpulu verilən əksər ölkələrdə demoqrafik durum acınacaqlı vəziyyətdədir. Yəni bu ölkələrdə ölənlərin sayı doğulanların sayını üstələyir, bəzi ölkələr isə bu durumu gələn miqrantların hesabına bir qədər tənzimləyə bilirlər. Lakin bu onlar üçün həqiqi çıxış yolu deyil. Bəs bizdə demoqrafik vəziyyət necədir? Son 20 ildə əhalinin sayı 1 milyon 912 min nəfərə qədər artıb. Son 5 ildə əhalinin sayında 230 min nəfərdən çox artım qeydə alınıb. Pandemiyanın baş verdiyi 2019-2020-ci illər istisna olunmaqla, Azərbaycanda son illər ərzində əhalinin sayında hər il orta hesabla 50-60 min təbii artım qeydə alınır. Düşünürəm ki, Azərbaycanda hökumətin uşaqpulu verməməsinin əsas səbəbi də budur”.

İqtisadçı deyib ki, bu istiqamətdə vəsait çatışmazlığından söhbət gedə bilməz:

“Azərbaycan geniş maliyyə imkanları olan ölkədir. Deməli, məsələnin yeganə izahı budur ki, dövlət ölkədəki demoqrafiq vəziyyəti nəzərə alıb, əhalinin sayının daha da artmasını məqsədəuyğun hesab etmir”.

(Globalinfo.az)

  • Ulduzə
    Sentyabr 17, 2024 - 14:54

    Siz heç nə dediyinizi anlayırsız.Gülünc bir açıqlama.

  • Ramilə
    Sentyabr 17, 2024 - 15:20

    Sadece gulus doguran,prezdente xeber gedende mene medal taxsin deye,yaltag bir aciglama.Bele stat getiren insanlar,,herden guzguye baxib kim oldugunu analiz etsin.Butun xalq zelil gunde yasayir.Bir usagi kasib valideyin erseye getirene qeder ne qeder keşmekeșli yollardan keçir.Heç bilirsiz?Demirem.Çunku bunu butun xalq,ve dünya bilir.

  • Elmar
    Sentyabr 17, 2024 - 21:38

    Ən vacib Olan, Şəhid ailələrinin, atasız anasız böyüyən, doğuşdan əlilliyi olanlardı, biz imkansız olaraq bəzən onlara yardım əlimizi uzada bilmirik. Dövlətimiz sağolsun. Onların yaşadıqlarını düşünmək belə çətindir. Uşaq pulu kimlərə aid edilirsə, onların haqqıdır. Bizədə inşallah sağlam canla işləməyi övladımıza baxmağı nəsib eləsin. Zamana şükür etmək, dövlətin hər addımını dəstəkləməkdə lazımdır. Gənc ailə quranlarada növbə gələr inşallah.

  • Ruslan
    Sentyabr 17, 2024 - 21:56

    Heç olmasa qanının xarab olduğunu biruzə vermə.vallah söz tapıb yaza bilmirəm

  • Elnur
    Sentyabr 17, 2024 - 23:48

    Palajeniyadan cixmagin yollari tebiki yekeler deyirki bele dene balac biciklerde deyir olar deyeni isgal olunmus olce bundan ferqli ne ola bilerki?

  • Adil
    Sentyabr 18, 2024 - 01:19

    Utanin yere girin, adam yerine qoymadiginiz,olke kimi barmaq gosderib alcaltdiginiz, beyenmediyiniz, tessufle qeyd edirem,ermenistanin verdiyi uwaqpulunnnan utanin!!!

  • Səxavət
    Sentyabr 18, 2024 - 04:56

    Valideyinləri işləməyən uşaqlara uşaq pulu verilsin

  • Fatime
    Sentyabr 18, 2024 - 10:59

    Zaten bu səxslerə verilirdide .
    Adi camaata maasi az olanlarin usaqlarina verilmelidir.
    Sosial yardimi dayandirib usaqpulu verin camaata.
    Esl ehtiyacli aileler duzetdire bilmir sosial yardimi.
    Resmi iş yeri isdeyir .resmi isim olsaydiya sosial yardimi neynirdim.
    5 usagi olan var taxsi surucusudu vermir sosiali ki işin resmi deyil.
    Yoldasim 200azn maas alir .Turdavoyuna madde yazib yandiriblar isden çixanda .
    Hec yer ise duzelt.ir .
    Neyniyim necd dolanim?
    İmtina edim ölkeden?hara muraciet ediriry
    Hec kim komey etmir resmi işe duzelsin.
    Kiradayiq, mecburi koçkundu nece yaşayaq biz 200aznle .
    Ev kirasina çatmir maaşi heç.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*