Diplomatik nümayəndəliklər İsraildən evakuasiyaya hazırlaşır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail hökumətindəki mənbələr məlumat yayıb.
Yayılan məlumatda deyilir ki, İsraildəki xarici diplomatik nümayəndəliklər İrandan hücum ehtimalına hazırlığa başlayıb və təcili olaraq təxliyə planları hazırlayır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
