Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da sərhəddə Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlər zamanı 6 əsgərinin həlak olması barədə məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir:
“Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində gedən döyüşlər zamanı 6 erməni hərbçi həlak olub. Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə itkin düşmüş və əsir götürülmüş əsgərlərin qaytarılması istiqamətində işlər davam etdirilir”.
Məlumatda o da qeyd olunub ki, cümə günü saat 10:00-dan başlayaraq Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşib.
Məhv edilən erməni əsgərlərin siyahısı da təqdim edilib:
Baş leytenant Saakyan Taron Jivanoviç
Çavuş Merujan Arturoviç Arutyunyan
Sıravi Sərkisyan Qurgen Aşotoviç
Kiçik serjant Artur Jivanoviç Martirosyan
Sıravi əsgər David Amiryan
Müşviq Tofiqoğlu
KONKRET.az
