SON DƏQİQƏ: Xamenei İran elitasına və Pezeşkiana XƏBƏRDARLIQ ETDİ – Siyasi xətti dəyişsəniz…backend

SON DƏQİQƏ: Xamenei İran elitasına və Pezeşkiana XƏBƏRDARLIQ ETDİ - Siyasi xətti dəyişsəniz...

“İran dövlət televiziyasında Prezident Məsud Pezeşkianın iştirak etdiyi tədbirin yayımının yarımçıq dayandırılması ölkədəki çoxqatlı siyasi sistem kontekstində qiymətləndirilməlidir”.

Bu fikiri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“İran Dövlət Televiziyası birbaşa icra hakimiyyətinə deyil, sistemin ali ideoloji-siyasi xəttinə bağlıdır. Bu baxımdan, mövcud əsas xəttdən fərqli, daha yenilikçi və ya islahatçı yanaşmaların efirdə məhdudlaşdırılması və ya tənqid olunması yeni və gözlənilməz hal deyil.

Bu hadisə ümumilikdə daxili elitaya ünvanlanan mesaj, eyni zamanda, M.Pezeşkianın komandasına xəbərdarlıq kimi dəyərləndirilə bilər. İran ictimaiyyətinə isə sistemin əsas ideoloji və siyasi xəttinin dəyişmədiyi nümayiş etdirilir”.

E.Səftərov qeyd edir ki, bu hal İranda açıq siyasi qarşıdurma, prezidentin hədəfə alınması və ya onun vəzifədən uzaqlaşdırılması anlamına gəlmir.

“Lakin prezidentin sistem daxilində müstəqil və həlledici güc mərkəzi olmadığı, onun səlahiyyət və təsir imkanlarının müəyyən çərçivələrlə məhdudlaşdığı mesajı verilir.

Bu hadisə bir daha xatırladır ki, İranın siyasi sistemində əsas güc icra hakimiyyətində deyil, daha yuxarı və institusional mərkəzlərdə cəmləşib”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*