Kanadaya yeni gələn 5 immiqrantdan dördü hesab edir ki, ölkə bu qədər sayda miqrantı qəbul etməyə hazır deyil, çünki onların yerləşdirilməsi üçün lazımi infrastruktur və iş yerləri yoxdur. Ona görə də onların 40%-dən çoxu ölkəni tərk etmək istəyir.
KONKRET.az xəbər verir ki, bu, “SBC Pollara Strategic Insights”sosioloji mərkəzinin araşdırmalarından sonra bəlli olub. Belə ki, respondentlərin 80%-i birbaşa bildirib ki, Kanada hakimiyyəti bu qədər yeni gələn insanların yerləşdirilməsi üçün mənzil, lazımi infrastruktur və lazımi sayda iş yerləri hazırlamayıb. Respondentlərin 14%-dən çoxu hələ də iş tapa bilmədiyi qənaətindədir. Bu rəqəm ölkə üzrə orta işsizlik səviyyəsindən iki dəfə çoxdur. Bu problemlərə görə sorğu iştirakçılarının 42%-i Kanadanı tərk etməyə və başqa ölkələrdə daha yaxşı həyat axtarmağa hazır olduqlarını bildiriblər. Sorğu 2024-cü ilin noyabrında keçirilib və Kanadaya yeni gələn 1500-dən çox immiqrantı əhatə edib. Qeyd olunur ki, 2014-cü ildən bəri ölkəyə immiqrant vizası ilə 5 milyondan çox insan gəlib.
Vəli Həsənoğlu,
KONKRET.az