Söyüdlüyə əlavə polis qüvvələri gətirildibackend

Söyüdlüyə əlavə polis qüvvələri gətirildi

Söyüdlü kəndində gərginlik davam edir. Kənd əhalisi yaxınlıqdakı qızıl mədənindən  atılan tullantıların ətraf mühitə və insan sağlamlığına zərərli təsir göstərdiyini bildirir.

KONKRET.az xəbər verir ki, iyunun 27-də kəndə 4 avtobusda xüsusi təyinatlı polis bölmələrinin əlavə qüvvələri gətirilib.

Söyüdlü üzrə yaradılmış hökumət komissiyasının sədri, ekologiya naziri Muxtar Babayev dünən yenidən kəndə gəlib.

O bildirib ki, qızıl yatağından tullantıların atıldığı torpaqdan, havadan və süni göldəki sudan götürülmüş analiz nümunələrinin nəticələri iyunun 28-də məlum olacaq.

Bakıda fəallar Söyüdlü sakinlərinin hüquqlarını müdafiə etmək üçün “Söyüdlü” işçi qrupu yaradıblar.

İyunun 22-dən kəndə giriş bağlanıb, jurnalistlər və fəallar oraya buraxılmır./Turan.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*