Ülviyyə Mikayılova “Space” teleradio şirkətinə rəhbər təyin olunub.
KONKRET.az-a bu barədə Space TV-nin əməkdaşları məlumat verib.
Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı “report”a təsdiq edib.
Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.
O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
Xatırladaq ki, 2006-2021-ci illərdə “Speys”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılmışdı.