ABŞ-ın kosmik gəmi və raket istehsalçısı SpaceX gələn ay Beynəlxalq Kosmik Stansiyaya buraxılacaq yeni kosmik gəmiyə “Freedom” adını verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, NASA astronavtı Kjell Lindqren bildirib ki, SpaceX komandası kosmosa ayaq basan ilk ABŞ astronavtı Alan Şepardın xatirəsinə yeni kosmik gəmiyə “Azadlıq” adını verib .
Şepardın vaxtilə “Freedom 7” gəmisində kosmosa uçuşuna işarə edən Lindqren “Biz “Azadlığ”ı gələcək nəslə çatdırmaqdan şərəf duyuruq”, – deyə bildirib.
Lindqren qeyd edib ki, astronavtları kosmosa daşıyacaq yeni gəminin aprelin 19-da Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılması planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl SpaceX astronavtları kosmik gəmilərinə Endeavour, Resilience (müqavimət) və Endurance (dözümlülük) adını vermişdilər.
İqbal Rzayev,
KONKRET.az
