Statistikaya görə, mütamadi spirtli içkilər qəbul edən şəxsdə qastrit və ya mədə xorası aşkar edilir ki, bu da spirtin həzm sisteminə təsirini nəzərə alsaq, tamamilə təbiidir.
KONKRET.az həkimlərin bu sahədə etdiyi araşdırmalar zamanı gəldiyi qənaəti təqdim edir:
Beləliklə, alkoqol mədənin qoruyucu xüsusiyyətlərinə maneə törədir, mikrofloranı məhv edir və mədə divarlarına mənfi təsir göstərir. Mədə şirəsinin miqdarı artır və onun ifrazı demək olar ki, həzm fermentlərindən məhrum olur, lakin xlorid turşusunun konsentrasiyası sürətlə artır.
Alkoqolun mədə və bütün həzm sistemini sürətlə məhv etməsi aşağıdakı simptomlarla ifadə edilir:
• qarının yuxarı hissəsində qabırğa altında təkrarlanan ağrılar;
• səhərlər ürəkbulanma və iştahsızlıq;
• epiqastrik bölgədə sıxılma hissi, lakin spirt içdikdən sonra hər şey dərhal yox olur;
• turş gəyirmə və sinə nahiyəsində rez-tez müşahidə edilən yanğı hissinin olması.
Buna görə də əgər spirtli içki qəbul etməyə qərar verərsinizsə, o zaman keyfiyyətli olanı seçin və dozalara riaəyt edin. Sağlamlığınızın qayğısına qalın.
Rəsmiyyə Şərif,
KONKRET.az
