Polşanın “Wprost” nəşri Ukraynadakı müharibə ilə bağlı telefon danışığı aparan Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun fotosunu jurnalın üz qabığına yerləşdirib. İyunun 6-dan, 12-dək olan buraxılış Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlər nəşrin üz qabığının mənasını açıqlayıblar: “Şolz və Makron Putinin simasını xilas edir. Üz qabığında telefonun bir tərəfində Şolz və Makron, digər tərəfində isə Putinin qanı simvolizə edən qırmızı maye ilə vanna qəbul etməsi təsvir olunub. Bu, hazırda Qərbdə, xüsusilə Böyük Britaniya, Polşa və Baltikyanı ölkələrdə məşhur olan bir mövzudur”.

Qərb analitiklərinin fikrincə, Putin heç vaxt planlarını gizlətmir. O, açıq şəkildə SSRİ-nin dağılmasını ötən əsrin ən böyük geosiyasi fəlakəti adlandırır. O, “SSRİ-2” nin yaradılmasına hazır olduğunu dəfələrlə göstərib. Bu, Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstanla etdiyi müharibədə də göründü. Bəli, formal olaraq Dmitri Medvedyev o zaman Rusiya Federasiyasının prezidenti idi. Amma biz başa düşürük ki, o, heç vaxt müstəqil qərarlar vermirdi. Ölkəni ancaq Putin idarə idarə edirdi. İndi də Putin təkcə Krımı deyil, yarımadanı tam ilhaq etməyə qadir olduğunu bütün dünyaya göstərmək qərarına gəlib.
Analitiklər bildirirlər ki, Putin Kiyev də daxil olmaqla bütün Ukraynanı ələ keçirmək istəyir. Qərb isə yenə qəzəblə kifayətlənəcək. ABŞ-a və bütövlükdə NATO-ya Rusiyaya qarşı açıq mübarizə lazım deyil.

Putin isə, görünür, Ukraynanın ikinci Belarusa çevrilməsinə nail olacaq. Yanukoviçi, yoxsa Tsarevi prezident qoymasının fərqi yoxdur. Əsas odur ki, Ukraynanın müttəfiqlərinin bütün silahları yararsız olacaq.
Analitiklər hesab edir ki, SSRİ-nin bərpası prosesi gedir ki, bunun qarşısını heç kim ala bilməyəcək. Və Putin üçün hamamında nə qədər qan olmasının heç bir əhəmiyyəti yoxdur.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Qeyd edək ki, bu barədə erməni mediasında da bir sıra eksperlərin rəyləri verilir.

Ta.m yalan ve yanlis sohbetdir. En azindan orta asiya turk dovletleri buna razi olmaz.. Yasasin turkdilli asiya olkelere. Bizim azadligimizin simvollari
Müşviq Tofiqoğlu, sən bu fukirləri kimə sırımaq istəyirsən?