Su içərkən yemək borusu yırtıldı – Həkim belə mat qaldıbackend

Su içərkən yemək borusu yırtıldı - Həkim belə mat qaldı

“25 illik karyeramda ilk dəfədir belə bir şey gördüm”.

KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, su içərkən ağrı çəkən və qohumları tərəfindən xəstəxanaya aparılan 84 yaşlı Ayşə Sinanın yemək borusu yırtılıb. O, dərhal əməliyyata alınıb.

Həkim 24 saat içində müdaxilə etmələri olduğu xəstənin yaş və böyrək riski olduğunu deyib. Lakin buna baxmayaraq Ayşə Sinanın əməliyyatı uğurla keçib və həyatı təhlükəsinə qarşı bütün risklər minimuma endirilib.

“Yemək borusunun 5 santimetrlik bir hissəsində yırtıq var idi. Bu hissəni bərpa etdik. Asanlıqla su içə və şorba kimi maye qidaları qəbul edə bilər”, – deyə həkim bildirib.

Həkim su içərkən yemək borusunun yırtılması hadisəsi ilə ilk dəfə rastlaşdığını deyib.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*