backend

Sumqayıtda ağır yol qəzası: 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, qəza gecə saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralda qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır və onlardan birinin şəxsiyyəti məlum olub. O, Aybəniz Əmirovadır.

Yaralılar isə 1971-ci il təvəllüdlü Əmirov Elçin Seyid oğlu və onun qardaşı, 1974-cü il Əmirov Məhəmməd Seyid oğlu və 1961-ci il təvəllüdlü Şaban Abramovdur.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*