Sumqayıtda 53 yaşlı kişi faciəli şəkildə ölüb.
KONKRET.az Baku tv-yə istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, ürəktutma keçirən 1971-ci il təvəllüdlü Mahir Əhmədov dərəyə yuvarlanıb.
Onun cansız bədəni polis əməkdaşları tərəfindən aşkar edilib. Qonşusunun sözlərinə görə, mərhum yıxılanda içkili olub:
“Tikintidə işləyirdi, arada içirdi. Səhər-səhər oğlu zəng edib dedi ki, içkili olub, dənizin qırağında ürəyi tutub, yıxılıb”.