Süni ürək nəqli edilən ilk xəstə öldübackend

Süni ürək nəqli edilən ilk xəstə öldü

Niderlandda 2021-ci ilin noyabrında süni ürək köçürülən ilk xəstə əməliyyatdan 8 ay sonra vəfat edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Utrext Universiteti Xəstəxanası açıqlama yayıb.

Açıqlamada adı çəkilməyən 54 yaşlı kişi xəstənin 2022-ci ilin iyununda vəfat etdiyi bildirilib.

Məlumata görə, süni ürək istehsalçısı olan “Carmat” firması ölüm faktını araşdırmaq üçün Niderlandın Səhiyyə və Gənclik Müfəttişliyinə müraciət edib.

Fransız şirkətinin 2013-cü ildən müalicə şansı olmayan xəstələr üçün süni ürək istehsal etdiyi qeyd olunub. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*