“İlk 400 suriyalı muzdlu artıq gəlib”.
KONKRET.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda Rusiyanın 400 suriyalı muzdlunu Ukraynada döyüşmək üçün gətirdiyi və onların hazırda təlim keçdiyi bildirilir.
“İndi onlar Rusiya Federasiyasında (Rostov vilayəti) və Belarusda (Qomel vilayəti) Ukrayna sərhədi yaxınlığındadırlar və təlim keçirlər”, – deyə vurğulanıb.
Baş Qərargah suriyalıların əsir alınmayacağını – dərhal güllələnəcəyini vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
