backend

“Şuşa Azərbaycanındır” deyən erməni qadına HÜCUM

Ermənistanda baş tutan mitinqdə kanallara açıqlama verən və Şuşanın, eyni zamanda Qarabağın (Ermənistan mediası bunu “arsax”ın deyə qeyd edib – red.) Azərbaycana aid olduğunu bildirən qadın hədəfə çevrilib.

KONKRET.az xəbər verir ki, erməni mediası sözügedən qadının Xaçatur Sukiasyanın evində işlədiyini xüsusi olaraq vurğulayıb.

“Nikol Paşinyanın 1 mart mitinqində “Şuşa, əlbəttə ki, azərbaycanlılarındır, “artsax” da Azərbaycana məxsusdur” deyən qadın Nikol Paşinyanın şəriki olan oliqarx Xaçatur Sukiasyanın evində xadimə işləyir. Onu adi vətəndaş kimi mitinqə gətiriblər və Paşinyanın müdafiəsi üçün çıxış etməsini istəyiblər. Ancaq o, qalmaqallı açıqlaması ilə tənqid hədəfinə çevrilib”, – erməni mediası yazıb.

Qeyd edək ki, Ermənistanda Şuşanın və Qarabağın Azərbaycana aid olduğunu deyən yalnız bu qadın deyil. Bundan öncə də ermənilər arasında açıq şəkildə bu faktı etiraf edənlər haqda məlumat vermişdik. Lakin həmin şəxslər dərhal medianın hədəfinə çevrilir və sosial şəbəkədə müxalifətin aktivləri “vətənpərvərlik oyunu” ilə bundan istifadə etməyə, ən əsası isə bu həqiqətin etirafının qarşısını almağa çalışırlar.

Bu, ənənəvi erməni təbliğatının nəticəsidir. Bir müddətdən sonra həmin qadının və yaxud az öncə Şuşanın Azərbaycanın olduğunu deyən yaşlı kişilərin “təsadüf nəticəsində” öldüyü də ortaya çıxa bilər. Məqsəd isə düşmənçiliyi daimi olaraq saxlamaq və bundan hakimiyyətə gəlmək üçün istifadə etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*