“Şuşada yaşamağı planlaşdırmıram” – Polad Bülbüloğlubackend

"Şuşada yaşamağı planlaşdırmıram" - Polad Bülbüloğlu

“Şuşada yaşamağı planlaşdırmıram”.
KONKRET.az xəbər verir ki, bunu moderator.az-a Xalq artisti Polad Bülbüloğlu bildirib:

“Artıq atamın evi muzey olaraq fəaliyyət göstərir. Hazırda isə ev muzeyinin qarşısında konsert meydançası nəzərdə tutulur.

Onun üzərində indi çalışırıq. Burada gənc ifaçıların ifası və özlərini təqdim etmək üçün hər bir imkan yaradılacaq.

İndi geri dönüş başlayıb. Ümid edirəm ki, oradakı ənənə yenə davam edəcək. Zaman keçdikcə Şuşada yeni istedadlar meydana gələcək. Gələn il bizim diplomatik əlaqələrin 30 illiyidir. 30 ildir Şuşasız qalmışıq.

Bununla bağlı Rusiyada bir sıra tədbirlər nəzərdə tutulur. Pandemiya bir çox tədbirlərin keçirilməsində əngəl olub. İnanırıq ki, insanlıq bunun da öhdəsindən gələcək. Gələn il Azərbaycanın görkəmli sənətkarı Bülbülün 125 illiyidir. Bununla bağlı Şuşada vokal ifaçıların müsabiqəsi olacaq.

Bilirsiniz ki, Şuşada artıq bərpa işləri gedir. Yeni layihələrimiz də gözlənilir. Eyni zamanda mənim də orada konsert proqramım ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*