Erməni güləşçi, Qarabağda separatçıların cərgəsində vuruşan Miqran Arutyunyanın “Şuşadan salamlar” başlığı ilə paylaşdığı fotonun saxta olduğu sübut edilib.
KONKRET.az xəbər verir ki, erməni güləşçinin daxili auditoriyaya hesablanmış və guya Şuşa şəhərinə nəzarətin erməni tərəfinin əlində olmasını “sübuta yetirən” fotosu əslində Xankəndi şəhərində çəkilib.
Miqran Arutyunyanın Şuşa kimi qələmə verdiyi yer Xankəndidə yerləşən “Florence Garden” adlı restoranın qarşısı olub.
