Tacikistan-Özbəkistan sərhədində naməlum şəxslər zastavaya hücum etdilərbackend

Tacikistan-Özbəkistan sərhədində naməlum şəxslər zastavaya hücum etdilər

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd mühafizə şöbəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 nəfərdən ibarət silahlı qrup Tacikistan-Özbəkistan sərhədindəki İşkobod sərhəd postuna hücum edib, onlardan 15 nəfəri məhv edilib, qalanları isə tutulublar.

Rəsmi xəbərdə deyilir ki, “gecə odlu silahdan istifadə etməklə 20 maskalı şəxsdən ibarət qrup Düşənbədən 60 kilometr qərbdə, Özbəkistanla sərhəddə yerləşən Sultanabad sərhəd dəstəsinin hərbi hissəsinin İşkobod 4 saylı sərhəd zastavasına hücum edib. Atışma zamanı sərhəd qoşunlarının iki əsgəri və bir polis nəfəri ölüb”..

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu yaradılıb, araşdırma aparılır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*