Tağı Əhmədovun əlil arabasına məhkum olmasının ŞOK SƏBƏBLƏRİbackend

Tağı Əhmədovun əlil arabasına məhkum olmasının ŞOK SƏBƏBLƏRİ

Rəvayət edirlər ki, “bir vələdüzina yol gedən mollaya yaxınlaşıb soruşur ki, “Ay molla, bir günahın cəzasını “Allah neçə ilə verir?”. Molla bir az fikirləşib deyir:  Yəqin ki, 15-20 ilə”. Bunu eşidən vələdüzina mollanın əmmaməsin götürüb qaçır. Amma o çox uzağa gedə bilmir. Ayağı nəyəsə ilişib, yıxılır. Başından yara alır. Dönüb hirslə mollaya deyir ki, “bəs deyirdin 15-20 il”. Molla təmkinini pozmadan qayıdır ki, “bu hələ 15 il əvvəlki günahının cəzasıdır”.

İndi deyəcəksiniz ki, “heç mollanın yeridir”. Amma mən təkidlə deyirəm ki, “bəli, məhz bu ibrətamiz məsəlin yeridir”. Ona görə ki, bir çoxlarımız ilahi ədalətin mövcudluğuna inanmır. Bəzilərimiz yalnız güc strukturlarından qorxur, çəkinirik. Eynən Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov kimi…

Məlumunuz olduğu kimi artıq xeyli müddətdir ki, Tağı müəllim əlil arabasına möhtacdır.Bununla bağlı bu günlərdə özü də açıqlama verib. Bildirib ki,”İlyarımdır yeriyə bilmirəm. Bilmirəm(?!) nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı). Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur…”.

Hə, gəldik türklər demiş “zurnanın zırt dediyi yerə”. Ömrü boyu xalqın qanını soran, xalqdan və dövlətdən oğurladığı milyonların bir qismini xarici ölkələrə qaçıran, bir qismini Azərbaycanda sonsuz sayda mala-mülkə verən və hətta sələmçilik edən kos-koca Tağı Əhmədov hələ niyə belə bir bəlaya (əslində isə ilahi cəzaya) məruz qaldığını bilmir. Çünki Tağı müəllim Allahı da, onun sünnətini də çoxdan unudub. Zaman-zaman özünü “Bakı metropoliteni”nin sahibi, orda çalışan minlərlə insanı vintcik, metrodan istifadə edənləri isə 15 qəpiklik (onun zamanında metroda gediş haqqı 15 qəpik idi) kimi görən Tağı Əhmədov heç zaman başı üzərindəki Allahı tanımayıb. Tanısaydı, bu qədər qansoran, ədalətsiz və dünya malına həris olmazdı.

Bu yerdə keçmiş MTN generalı Akif Çovdarovun məhkəmədə dediyi bir neçə faktı yada salmaq yerinə düşərdi. Generalın sözlərinə görə, “detallı araşdırma aparılan zaman bəlli olub ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedib. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov dedi. Bundan başqa, biz agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb “kraskalayıb”lar. Bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanırdılar. İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcları var idi. Onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. İndi yadımda qalanları deyəcəm. “Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən hotelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi…

Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı hoteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib”.

General daha sonra bildirir ki, “Tağı Əhmədovun “Texnikabank”da 13 milyon dollar pulu olub. Digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə, Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi. Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik”.

Bəli, nə yazıq ki, indi Tağı müəllimə həmin milyonlar da kömək edə bilmir. Yüz milyonların (bəlkə də milyardların) sahibi 300 manatlıq əlil arabasına möhtac qalıb.

Bax, budur İlahi ədalət. Atalar deyib ki, “Yerdə kəsən varsa, göydə baxan var”. Hər bir insan etdiyi əməlin cəzasını da və savabını da alır. Kimisi bu dünyada, kimisi də axirətdə. Amma Tağı Əhmədov kimilərin qismətində sağ ikən cəzalanmaq da varmış.

Bu yerdə onu da deyim ki, Tağı Əhmədov ilahi cəzaya məhkum olan tək sabiq deyil. Belələri çoxdur. Onlardan biri də Ramiz Mehdiyevdir. Yaşının bu çağında qulağı Allah kəlamı, gözəl sözlər eşitmək əvəzinə hər gün, hər saat təhqirlə, söyüşlə üzləşir. Hər gün daha bir yaxını, “dostu” onu arxadan “bıçaqlayır”.

Bəs bu ədalət deyil, bəs nədir?

Rəhmətlik atam tez-tez deyirdi ki, “Allah kişinin əvvəlini verincə, sonunu yaxşı eləsin”. Çünki insan qocalanda, ahıllaşanda daha hörmətli olmaq və rəvan yaşamaq istəyir. Lakin günahları çox olanlara tanrı bunu qıymır. Necə ki, Tağı Əhmədov, Ramiz Mehdiyev və digərlərinin simasında biz bunu bu gün çox aydın şəkildə görürük.

Bəs, adlarını çəkdiyimiz və çəkmədiyimiz bu adamların sonu necə olacaq?

İbrətamiz hadisələrdən çıxarış edib deyə bilərik ki, çox pis. Vaxt gələcək bu adamların ən yaxınları və hətta övladları belə onlardan üz çevirəcək. Və hətta bu zavallılar onlar üçün milyardlıq sərvət toplayan övladlarından bu sözləri də eşidəcəklər: “Necə də ölmür ey, canımız bundan qurtara”…

Surxay Atakişiyev,

KONKRET.az.

 

  • yusif
    Fevral 14, 2022 - 18:20

    tam doğru…çox yaxşı 1 yazı, müəllifə əhsən….amma bütün bu soyğunlara şərait yaradıb göz yuman daha yuxarı məqamlar barədə nədənsə heç nə deyilmir və yazılmır..bəs onların cəzası nə və nə zaman olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*