Tağıyevin nəticəsi: Ailəm Azərbaycanı tərk etməyə məcbur oldubackend

Tağıyevin nəticəsi: Ailəm Azərbaycanı tərk etməyə məcbur oldu

Mənim üçün Azərbaycan gənclərini bir arada görmək çox xoşdur və bu görüşlər Azərbaycanda keçirdiyim görüşlərdən fərqlənir. Azərbaycan gənclərinin gələcəklə bağlı ideyalarını fikir mübadiləsi əsasında çox bəyəndim. Bu, mənim üçün ailəmin mənsub olduğu Azərbaycan mədəniyyətini kəşf etməyə imkan yaradır.

KONKRET.az xəbər verir ki, bu fikirləri Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsi, tarixçi Alban Klod Gənclər Günü münasibətilə azərbaycanlı gənclərin Vyanada keçirilən görüşü barədə Azərtac-a müsahibəsində bildirib. O qeyd edib ki, bu kimi tədbirlərdə iştirak etmək onda emosional hisslər oyadır: “Çünki mənim ailəm bir əsr bundan əvvəl Vətəni Azərbaycanı tərk edərək Fransada məskunlaşmağa məcbur olub”.

Hazırkı fəaliyyəti barədə danışan A.Klod bildirib ki, o, elmi tədqiqatlar mərkəzinin nümayəndəsidir və Azərbaycana son səyahətindən sonra tarixi Vətəni üçün nə edə biləcəyi ətrafında düşünməyə başlayıb:

“Bu səyahət məndə hansı istiqamətdə fəaliyyət göstərməyim barədə ümumi fikir yaratdı”.

Bu məqsədlə də digər həmfikirləri ilə birlikdə “Caspian Research Center” adlı mərkəz təsis edən A.Klod Fransa və Azərbaycan arasında ümumi maraqlara xidmət edən mövzuların müəyyən edilərək araşdırmalar aparılacağını bildirib. Buraya gələcəkdə, həmçinin müxtəlif mövzularda, xüsusilə də Azərbaycan tarixi ilə bağlı konfransların təşkili də daxil olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*