Talibandan qadınlara növbəti qadağa…backend

Talibandan qadınlara növbəti qadağa...

Əfqanıstanın Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.

Müvafiq qərar Nanqarharın doqquz rayonunda qüvvəyə minib. Sənədi məscidlərin imamları da qəbul edib və onlar məlumatı sakinlərə yayacaqlar.

Bundan əvvəl noyabrın 10-da Taliban hökuməti qadınların Əfqanıstan paytaxtında ictimai parklara girişini qadağan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*