Tanınmış meyxanaçı: “Ailələrin dağılmasının 90 faiz səbəbkarı qadınlardır” – VİDEObackend

Tanınmış meyxanaçı: “Ailələrin dağılmasının 90 faiz səbəbkarı qadınlardır” - VİDEO

ARB TV-də yayımlanan “Bazar düzü” proqramının növbəti qonağı tanınmış meyxanaçı Aqşin Fateh olub.

KONKRET.az xəbər verir ki, o, ailədaxili münasibətlərdən danışıb.

Meyxanaçı nikahın pozulmasına görə qadınları qınayıb:

“Kişi və qadın münasibətləri o qədər qəliz məsələdir ki, bir ailənin dağılmasında günahın 90 faizi qadınlarda olur”.

Meyxanaçı qadınların səbirsiz olduğunu vurğulayıb:

“O baxımdan yox ki, səbir etmirlər və ya günah qadındadır. Kişi çox səhv edə bilər, amma onun arxasında dayana bilən bir qadın lazımdır. Həmişə Azərbaycan kişiləri evə söykənib. Evin içində problem olarsa, kişi heç yerdə rahat ola bilməz. Balaca problem, dır-dır oldusa, sağalmayan izlər buraxıldısa, o kişi çöldə də rahatlıq tapmayacaq və sonunda gəlib evinin ocağını söndürəcək”.

  • Aslan
    Noyabr 2, 2021 - 10:50

    Boşanmaların səbəbi maddi vəziyətin pis olması, maddi vəziyətin pis olmasının səbəbi təhsilsiz, savadsız, işsiz insanlarımızın çox olması, təhsilimizin, biznes sahəsinin pis olma səbəbi isə ilham əliyev və hökümətidir. Hərşey zəncir kimi birbirinə bağlıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*