Tayvanda baş verən dəhşətli zəlzələdən görüntülər – VİDEO + FOTObackend

Tayvanda baş verən dəhşətli zəlzələdən görüntülər - VİDEO + FOTO

Tayvanda baş verən 6,8 bal gücündə zəlzələdən sonra 74 yeraltı təkan qeydə alınıb.

KONKRET.az Haberler.com-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi İqlim Bürosu (CWB) məlumat yayıb.

Qeydə alınmış zəlzələlər nəticəsində binalara və nəqliyyat infrastrukturuna ziyan dəyib.

Bildirilib ki, təbii fəlakət nəticəsində indiyədək 1 nəfər həyatını itirib, 164 nəfər yaralanıb.

Məlumata görə, hökumət zəlzələdə evləri zərər görən vətəndaşlara adambaşına 954 dollar, ağır yaralananlara 8 min dollar, ölən və itkin düşənlərin ailələrinə isə 25 min dollar ödəyəcək.

Digər tərəfdən bölgədən gələn görüntülər zəlzələnin dağıdıcı təsirini üzə çıxarıb. Hualien qraflığında Qaoliao körpüsünün uçması zamanı çəkilmiş dron görüntüləri vəziyyətin ciddiliyini göstərir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*