05.07.2024-cü il tarixində saat 04:54-də Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əskərov (Elnur Valeh) dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
09.07.2024-cü il tarixində gecə saatlarında yaxınlarının təkidi ilə E.Əskərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib.