TƏBİB rəsmisindən cəbhə bölgəsində yoluxma ilə bağlı AÇIQLAMAbackend

TƏBİB rəsmisindən cəbhə bölgəsində yoluxma ilə bağlı AÇIQLAMA

“Dünən Azərbaycanda koronavirusa yoluxmuş 530 nəfər qeydə alınıb, 101 nəfər sağalıb, 3 nəfər vəfat edib”.

KONKRET.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, xəstəxanalara ezam olunan və könüllü xidmət göstərən tibb işçiləri var:

“Sentyabrın 28-dən başlayaraq daima cəbhə bölgəsindəyik. Bütün xəstəxanalarımız fəaliyyət göstərməkdədir. Bizim cəmiyyətdən çağırışımız odur ki, bu vəziyyətdə COVID-19 xəstələrinin artması bizim üçün ikinci cəbhənin açılmasıdır. Ölkəmizdə kifayət qədər dərman preperatları, süni nəfəs aparatları var. Biz heç bir halda COVID-19 xəstələrini diqqətdən kənar qoya bilmərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*