Tədqiqatçı alim Seyid Şuşinskinin başdaşının dəyişdirilməsini istəyirbackend

Tədqiqatçı alim Seyid Şuşinskinin başdaşının dəyişdirilməsini istəyir

Aprelin 12-si Şərq musiqisinin görkəmli simalarından biri – xanənəndə Seyid Şuşinskinin doğum günüdür.

1965-ci ildə Fəxri xiyabanda dəfn olunmuş Seyid Şuşinskinin məzarının başdaşına onun ad-soyadı rus dilində yazılıb ki, bəzi musiqişünas alimlər bunun dəyişdirilməsini istəyirlər.

KONKRET.az-ın məlumatına görə, tanınmış tədqiqatçı alim Gülhüseyn Kazımlı Modern.az-a təəsüflə bildirib ki, başdaşının üstündəki lövhəni dəyişmək hələ ki heç kimin yadına düşmür:

“”Şərq musiqisinin incisi” adlandırılan Seyid Şuşinski həm böyük xanəndə, həm böyük müəllim, həm də böyük xeyriyyəçi idi. O, Azərbaycanın klassik muğamları ilə bugünkü muğamları arasında  körpü salan ustaddır. Hesab edirəm ki, onun məzarı ilə bağlı məsələyə diqqət edilməlidir”.

Gülhüseyn Kazımlı deyib ki, başdaşına vurulmuş həmin lövhəni də Seyidin sonuncu tələbələrindən olan Maarif düzəltdirib.

“Seyid Şuşinskinin heç kimi yoxdur, bir adamı olsa, yəqin ki, lövhəni çoxdan dəyişərdilər. 130 illik yubileyində də dəyişən olmadı”.

Tədqiqatçının sözlərinə görə, o, vaxtilə bu məsələni şəxsən sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin diqqətinə çatdırıb, ancaq bir hnəticə olmayıb.

“İnanıram ki, yeni Mədəniyyət naziri Anar Kərimov bu fakta diqqət edəcək və müəyyən göstərişlər verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*