Təhlükəsizlik Şurası Sarkisyanı Baş Qərargah rəisini azad etməyə çağırdıbackend

Təhlükəsizlik Şurası Sarkisyanı Baş Qərargah rəisini azad etməyə çağırdı

Ermənistan Təhlükəsizlik Şurası ordunu siyasi proseslərə cəlb etmək cəhdlərini pisləyən və Prezidentdən Baş Qərargah rəhbərinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı fərman imzalamağa çağırıb.

KONKRET.az-ın məlumatına görə Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir ki, “Konstitusiya Silahlı Qüvvələrin siyasi proseslərə cəlb olunmasının yolverilməzliyini açıq şəkildə müəyyənləşdirir. Qanuna görə, hökumət başçısı öz mülahizəsinə əsasən Baş Qərargah rəisinin ən yüksək hərbi məmur vəzifəsindən kənarlaşdırılması və ya təyin edilməsi barədə vəsatət qaldıra bilər. Prezident də öz növbəsində Konstitusiyaya əməl etməklə uyğun bir yanaşma göstərməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən, Təhlükəsizlik Şurası respublika başçısını Baş Qərargah rəisini vəzifəsindən azad etmək və müvafiq fərman imzalamaq üçün Baş nazirin ərizəsini təmin etməyə çağırır”.

Xatırladaq ki, Ermənistanda siyasi vəziyyət fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da kəskinləşib.

Qeyd edək ki, bir qədər əvvəl “partlamamış İskəndər” barədə baş nazirin açıqlamalarını tənqid edən Baş Qərargah rəisinin birinci müavini general-leytenant Tiran Xaçatryan istefaya göndərilmişdi. Buna cavab olaraq Baş nazir Nikol Paşinyan çevriliş cəhdini elan edib. O, Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə təqdimat imzalayaraq prezidentə göndərib.

Üç gün sonra dövlət başçısı fərman layihəsinin Konstitusiyaya zidd olduğunu bildirərək sənədi baş nazirə geri qaytarıb. Demək olar ki, baş nazir sənəd layihəsini dərhal yenidən prezidentə göndərib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*