İran niyə 6-lıq yox, 1+3 platforması istəyir? İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin regional səfərinin hədəfləri nə idi? İran Cənubi Qafqazdakı yeni geosiyasi reallığa və Türkiyənin bölgədəki mövqelərinin güclənməsinə necə reaksiya verir? Ərdoğanın bölgədəki altı ölkənin iştirakı ilə bir platforma yaratmaq təşəbbüsünə Tehran necə reaksiya göstərəcək?
KONKRET.az xəbər verir ki, “Verelq.am”ın bu və digər suallarını MGIMO Beynəlxalq Araşdırmalar İnstitutunun analitiki, iranlı ekspert Adlan Marqoyev cavablandırıb.
“İran Xarici İşlər naziri Zərifin regional səfərinin nəticələrini necə qiymətləndirirsiniz?” sualı ilə bağlı iranlı ekspert bildirib:
İran Zərifin regional turundan məmnun olmalıdır. Tehran üçün “oyunda” olduqlarını bilmək və bölgə ölkələri ilə əlaqələrini nəinki davam etdirə biləcəyini, həm də inkişaf etdirə biləcəklərini bilmək çox vacib idi. Əslində bütün danışıqların mövzusu da bu oldu. Moskvaya səfəri zamanı tərəflər üçün iki razılaşma hazırlanmışdı. Birincisi, rusların karonavirus əleyhinə hazırladıqları peyvəndin tədarükü və daha sonra onun İranda istehsalı, digəri isə beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı mövqelərin koordinasiya edilməsi. Hər iki məsələ İran üçün çox həssasdır. Amma bununla belə təsəvvür etmək çətin deyil ki, Zərifin bu səfərinin məqsədi indiki mərhələdə daha böyük və təsir edici razılaşmalar əldə etməkdir. Yəni İran regionda start verilən böyük layihələrdə əsas oyunçu olmaq istəyir.
Cənubi Qafqazdakı yeni geopolitik reallıq, Türkiyənin bölgədəki mövqeyinin güclənməsi və Ərdoğanın altı ölkənin iştirakı ilə bir platforma yaratmaq təşəbbüsü barədə İranın mövqeyinin necə olduğunu Marqoyev belə şərh edib:
“İran regional məsələlərin ABŞ tərəfindən deyil, bölgə ölkələri tərəfindən həll olunmasından çox razıdır. Ancaq, Türkiyənin artan hərbi-iqtisadi nüfuzu İranınnarahatlığına səbəb olub. Eyni zamanda, Tehran təkcə qonşu Türkiyədən deyil, etnik azərbaycanlıların yaşadığı şimal vilayətlərində millətçi hisslərin güclənməsində qorxur. İranda milli məsələ inqilabi illərdəki kimi qorxulu deyil. Ancaq aktuallığını saxlayır. İndiki vaxtda bu iki amildən asılıdır: əhalinin öz yaşam tərzindən məmnunluq dərəcəsindən və mərkəzi hakimiyyətin nə qədər güclü qəbul edildiyi bölgələrdən. Bu bir növ inqilab üçün zəruri sayılan amillərdir. Türkiyə və İran regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış etmək üçün “yarışırlar”. Lakin yeni müzakirə platformalarının arxa fonunda hər ölkənin öz gizli maraqları var. Son anlaşmalardan sonra Azərbaycan əraziləri inkişaf etdirməyə və yeni status-kvonu möhkəmləndirməyə çalışır. Dinc həyat və qonşularla iqtisadi əməkdaşlıq olmasa da, Azərbaycan mövcud vəziyyəti qəbul etdirməyə çalışacaq. Çox güman ki, Ərdoğan, Əliyevə bu təşəbbüsün irəliləməsinə kömək etmək və eyni zamanda Türkiyənin bölgədəki rolunu gücləndirmək üçün altılıqdan ibarət bir platforma təklif etdi. İran 44 günlük müharibədə bəzi mənfəətlər əldə etdi. Xüsusən də döyüş sahələrindəki mərmilərin qazancından Tehran xeyli “irəli” düşdü. Bununla belə, məsləhətləşmə prosesinin kənarında qalan İran, Türkiyənin təklifindən bir ay yarım sonra Cənubi Qafqaz respublikaları ilə Rusiya və Türkiyənin qoşula bilməsi üçün “1 + 3” formatının ideyasını ortaya atdı. Bununla da İranda ikiqat təcriddən çıxmaq istəyir.Həm pandemiyadan, həm də sanksiyalardan.
Ekspert Ermənistanla Azərbaycan arasındakı rabitənin blokdan çıxarılmasının İran iqtisadiyyatı üçün sıçrayış yaratmayacağını vurğulayıb:
Hər hansı bir blokdan çıxarma iqtisadiyyat üçün faydalıdır. Lakin sanksiyalar İrandan götürülənə qədər İslam Respublikası iqtisadiyyatında bir sıçrayış gözləmək ağılsızlıq olardı. Bu, sadəcə alternativ variantlardan biridir. Məqsəd infrastruktur layihələri üçün fondlar və maliyyələşdirmə mexanizmləri tapmaqdır. Lakin uzunmüddətli faydalar yalnız böyük və orta sahibkarlar arasında qurulmuş əlaqələrdən qaynaqlanır. Yalnız belə əməkdaşlıq bölgə ölkələrini bir-biri ilə həqiqətən “bağlayacaq”. Çünki yalnız hökumətlər deyil, həm də bu ölkələrin əhalisi əməkdaşlıqda maraqlı olacaqlar.
Lətif,
KONKRET.az
