Tələbə kreditini qaytarmayan şəxs məhkəməyə veriləcək – RƏSMİbackend

Tələbə kreditini qaytarmayan şəxs məhkəməyə veriləcək - RƏSMİ

TTK-nın (təhsil tələbə krediti) hansı müddətə verildiyi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev bildirib.

O bildirib ki, bu müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır:

“Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər. TTK verilən zaman girov və zəmanət tələb olunmur”.

“Tələbənin gələcəkdə krediti qaytarmaması halı olarsa məhkəmə ilə geri alınacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu gündən TTK-nin verilməsi üzrə müraciətlərə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*