backend

Tələbə qızlarların nədən zəhərləndiyi məlum oldu - "Suşi"

BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.

KONKRET.AZ xəbər verir ki, bu barədə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar restoranların birindən qaldıqları yataqxanaya “suşi” sifariş veriblər: “Tələbələr “suşi”ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə hadisəsi baş verib. 3 tələbə qızdan biri – 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dirrubə Quliyeva xəstəxanaya yerləşdirilib.

unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*