The Hill: “Avstriya Ukrayna ilə bağlı danışıqları öz ərazisində aparmağı təklif etdi”backend

The Hill: "Avstriya Ukrayna ilə bağlı danışıqları öz ərazisində aparmağı təklif etdi"

Avstriya höküməti Rusiya-Ukrayna danışıqlarını öz ərazisində keçirməyi təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti  öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Vyana Moskva ilə əlaqə kanallarını saxlamağa hazırdır.

Danışıqların formatı ilə bağlı təfərrüatlar məlum deyil.

Rusiya və Ukrayna hələlik bu təşəbbüsə reaksiya verməyib.

Qeyd edək ki, may ayında Kiyevin təşəbbüsü ilə ölkələrin ikitərəfli danışıqlarına xitam verilib. Oktyabrın 4-də isə Ukrayna rəsmi olaraq Vladimir Putinlə danışıqlardan imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*