“The Washington Post”: İvanka Tramp ABŞ tarixində ilk qadın prezident olmaq istəyirbackend

"The Washington Post": İvanka Tramp ABŞ tarixində ilk qadın prezident olmaq istəyir

Amerikanın hazırkı lideri, Respublikaçı Donald Trampın qızı İvanka atasının prezidentlik müddəti bitdikdən sonra öz siyasi karyerasına başlamaq istəyir

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü “The Washington Post” qəzeti məlumat yayıb. Tramp ailəsinə yaxın mənbələrə istinad edən qəzet yazır ki,” Ağ Evdə təcrübə qazanan, həm ABŞ-da, həm də beynəlxalq aləmdə şöhrət qazanan İvanka Tramp növbəti prezident seçkilərində namizədliyini verə bilər. Bu məqəsdlə İvanka Respublikaçılar Partiyasının fəaliyyətində aktiv iştirak etməyə başlayır. Beləliklə, prezidentin qızı və onun əri Carped Kuşner yaşamaq üçün Nyu-Yorka daşınır. Bu, İvankanın Nyu Yorkun 12-ci bölgəsindən ABŞ Nümayəndələr Palatasına seçkilərdə iştirak etmək arzusu ilə də bağlı ola bilər. İndi bu ərazidən ölkənin qanunverici orqanında Karolin Maloney (Demokrat)  təmsil olunur.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*