backend

Tibb və qeyri-tibb işçilərinin NƏZƏRİNƏ! - Ödəmələrə başlanıldı - RƏSMİ

Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyul ayı üzrə 20 milyon manat müddətli əlavə ödəyib.

Bu barədə KONKRET.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 12 756 nəfər tibb işçisinə, 3 049 nəfər qeyri-tibb işçisinə iyul ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Belə ki, Bakı şəhəri üzrə 21, respublikanın digər şəhər və rayonları üzrə 70 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 20 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

Tibbi profilaktik tədbirləri həyata keçirən 2 676 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2,3 milyon manat ödənilib.

Təcili tibbi yardım xidməti göstərən 3 911 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 374 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6,2 milyon manat ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 5 795 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 8,9 milyon manat ödənilib.

Onu da qeyd edək ki, 3 049 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2,6 milyon manat müddətli əlavə verilib.

Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən avqust ayı üzrə də müddətli əlavələrin ödənilməsinə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*