Tiflisdə və Borçalıda xüsusi əməliyyat: 28 nəfər saxlanıldıbackend

Tiflisdə və Borçalıda xüsusi əməliyyat: 28 nəfər saxlanıldı

Axşam saatlarında Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində polis xüsusi əməliyat keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili işlər nazirliyi məlumat yayıb. Məlumata əsasən, Mərkəzi Cinayət Polisi İdarəsi və Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşları Baş Prokurorluqla birlikdə iki ay davam edən kompleks əməliyyat və istintaq hərəkətləri nəticəsində Poniçala qəsəbəsi və Tbilisinin müxtəlif bölgələrində 28 narkotik satıcısını saxlayıblar.

Saxlanılan şəxslərin sistematik şəkildə qanunsuz olaraq narkotik satdıqları məlum olub. Təqsirləndirilən şəxsləri 8 ildən 20 ilə və ya ömürlük həbs cəzası gözləyir. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*