backend

TikTok satılır

Dünyanın ən məşhur sosial şəbəkələrindən olan TikTok-un gələcəyi müzakirə mövzusu olmağa davam edir.

KONKRET.az xəbər verir ki, TikTok-dan satılacağı xəbərlərinə ilk reaksiya gəlib.

Belə ki, platformanın rəhbəri Şou Zi Çyu satışın heç nəyi dəyişməyəcəyini açıqlayıb:

“TikTok-un satılması ABŞ və digər ölkələrin milli təhlükəsizliklə bağlı narahatlıqlarını aparmayacaq”.

O, platformanı satmaq üçün ABŞ-ın təzyiq göstərməsinin doğru olmadığını da bildirib.

Qeyd edək ki, ötən günlərdə ABŞ Prezidenti Co Baydenin TikTok-un Çinin nəzarətindən çıxması üçün satılması istədiyinə dair xəbərlər yayılıb.

Baydenin TikTok-un təcili şəkildə satılması üçün platformanın rəhbərinə ciddi təzyiq göstərdiyi də vurğulanırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*