Tovuz və Gədəbəydəki mövqelərimiz atəşə tutuldu – Müdafiə Nazirliyindən AÇIQLAMAbackend

Tovuz və Gədəbəydəki mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyindən AÇIQLAMA

Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

“Bundan başqaŞ saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub”, məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*