Toy kortecində avtoxuliqanlıq edən sürücülər SAXLANILDIbackend

Toy kortecində avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

İyunun 7-i saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortecində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri – İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*