ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların gözləniləndən daha yavaş getdiyini bildirib.
KONKRET.az xəbər verir ki, “Fox News”a müsahibəsində Tramp iranlıların sərt danışıq aparan tərəf olduğunu deyib.
Onun sözlərinə görə, ABŞ istədiyi nəticələrə tədricən yaxınlaşır, lakin proses vaxt aparır.
ABŞ lideri qeyd edib ki, tələsmək yaxşı razılaşmanın əldə olunmasına mane ola bilər.
