Çin koronavirusu qəsdən yaratmadı, amma bu (COVİD-19), Uhandan çıxdı.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Virus Uhan şəhərindəki laboratoriyada yaradılmaya bilər. Amma bu, Uhanda meydana gəlib. Çin virusun yayılmasına icazə verməməli idi”, – deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Pompeo koronavirusun Uhanda bir laboratoriyadan yayıldığına dair əllərində sübutlar olduğunu açıqlayıb.
Axar.az
