ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosunun rəisi Filip Riker Türkiyəyə gəlir.
KONKRET.az xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin saytında yer alıb.
Onun 5 oktyabra qədər İstanbul və Ankarada görüşlər keçirəcəyi bildirilib. Rikerin Türkiyə rəsmiləriylə Şərqi Aralıq dənizi və Qafqazdakı situasiyanı müzakirə edəcəyi vurğulanıb.
Qeyd edək ki, Riker “Balkan şahini” təxəllüsü ilə məşhurdur.