Trampın Ukrayna bəyanatının PƏRDƏARXASI: ABŞ liderinin əsl niyyəti budur…backend

Trampın Ukrayna bəyanatının PƏRDƏARXASI: ABŞ liderinin əsl niyyəti budur...

ABŞ-da ikinci dəfə hakimiyyətə gələn Donald Tramp maraqlı bəyanatları ilə diqqət çəkir. Hələ andiçmə zamanı ABŞ prezidenti Qrenlandiya, Kanada, Panama kanalı, Meksika körfəzi ilə bağlı bəyənatlar səsləndirdi. Bir neçə gün əvvəl isə onun Qəzza ilə bağlı dedikləri dünya gündəmini zəbt etdi. Donald Tramp bu dəfə Ukrayna mövzusuna toxunub və bildirib ki, ABŞ gec-tez Kiyevə xərclədiyi pulları geri qaytarmalıdır. Baydenin dövründə Ukraynaya xərclənən milyardlarla dolların hesabını aparan yeni prezident bunu Ukraynanın təbii sərvətləri hesabına təmin edəcəyini bildirib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Trampın dedikləri real deyil:
Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Sahar Azeri
“Tramp deyir ki, Ukraynaya 350 milyard dollar vəsait xərcləmişik. Bəs o zaman Əfqanıstana xərclədikləri 3 trilyon dolları niyə tələb eləmir?  Sadəcə olaraq Tramp artıq Ukraynaya dəstəyi dayandırmaq üçün bəhanələr axtarır. Ukrayna Sovet vaxtı ikinci böyük respublika idi. Ən böyük sənaye Ukraynada idi. Məmurlar öz dövlətlərini dağıtdılar. Atom bombasını Rusiyaya təhvil verdi, silah satışıyla məşğul oldular. Ukrayna bu illərdə çox itirdi. Düşdükləri vəziyyətə görə həm də özlərini günühlandırmalıdırlar. İndi ABŞ bəhanələr axtarır ki, Ukraynaya yardımı dayandırsın. Tramp üçün Ukraynadakı müharibə bir yükdür. ABŞ lideri həm də biznesmendir. Onun üçün əsas puldur. Bu müharibədə istənilən halda qalib Amerikadır. Ukrayna dövlət olaraq dağılmış vəziyyətdədir. Rusiya işğal etdiyi əraziləri götürəcək və Ukraynanın qalan hissəsi Amerikanın nəzarətində qalacaq. Ora xərclədikləri pulları da artıqlaması ilə çıxaracaqlar. Özlərinə sərf edən bir nəfəri də “demokratik” yolla hakimiyyətə gətirəcəklər. Belə görünür ki, Rusiya-Ukrayna müharibəsi başa çatmaq üzərədir. Reallıq odur ki, Ukrayna Rusiya ilə bacara bilmədi”.
Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*