Trampın Ukrayna ilə bağlı dedikləri ŞOK ETDİ: “Rusiyanın əsarətində olacaq”backend

Trampın Ukrayna ilə bağlı dedikləri ŞOK ETDİ: "Rusiyanın əsarətində olacaq"

“Ukrayna nə vaxtsa Rusiyaya çevrilə bilər”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Ukrayna ABŞ-ın Kiyevə yatırdığı vəsaitlərin təhlükəsizliyinə zəmanət verməlidir, çünki ölkə bir gün Rusiyaya çevrilə bilər.

“Onların torpaqlarında nadir metallar, neft-qaz və başqa zəngin sərvətlər var. İstəyirəm ki, pulumuz təhlükəsiz olsun. Çünki biz yüz milyardlarla dollar xərcləyirik. Ukrayna nə vaxtsa Rusiyanın əsarətində ola bilər. Ona görə də, ABŞ yatırılan vəsaitlərin qaytarılmasının zəruriliyi ilə bağlı mövqeyini Ukraynaya çatdırır. Kiyevə təxminən 350 milyard dollardan çox sərmayə qoyulub. Avropa 100 milyard dollar sərmayə yatırıb. Ona görə də, Ukraynaya xərclənən pulların geri qaytarılacağını gözləyirik”, – Tramp vurğulayıb.

Ağ Ev rəhbəri Ukraynaya silah tədarükünün davam edib-etməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*